"İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Murad Musayev Antalya toplanışı çərçivəsində bu gün Rusiyanın "Fakel" klubu ilə keçirilən yoxlama oyunundan sonra deyib.
O, Rusiya klubuna 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Çox çətin oyun oldu ki, bu da bizim üçün yaxşıdır. Çoxlu fürsətlərimiz olsa da, qol çevirə bilmədik. Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları dəyərləndirdi. Bu gün yaxşı oyun keçirdik, sadəcə nəticə istədiyimiz kimi olmadı".