"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina Bakıya gəlib.
Sportliqa.az xəbər verir ki, bu barədə Sportal.az saytına Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib. Klub rəsmisinin sözlərinə görə, kolumbiyalı mərkəz müdafiəçisi hələ bir aydan çox yaşıl meydanlardan uzaq qalacaq:
"Kevin Medina bu gün Bakıya gəlib. Fitnes və bərpa məşqlərinə başlayacaq. Amma onun topla məşqlərinə hələ çox var. Medinanın meydançada çalışmalara başlaması üçün minimum bir ay lazımdır".
Qeyd edək ki, Kevin Medina Avropa Liqası qrup mərhələsinin "Molde" ilə səfər matçında (2:2) zədələnib.