"Turan Tovuz" Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Macarıstanın "Şiofok" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Ayxan Abbasovun yetirmələrinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Tovuzlular Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanın "Nasaf" kollektivi ilə görüşəcək.
"Turan Tovuz" Antalyada ilk hazırlıq ilk matçında Rumıniyanın “Voluntari” komandasına 0:2 hesabı ilə məğlub olmuşdu.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az