Bu gün "Qarabağ" və "Zirə" arasında yoxlama matçı baş tutub.
Sportliqa.az xəbər verir ki, "Azərsun Arena"da təşkil edilən matç 4 hissə (45+25+45+25 dəqiqə) oynanılıb. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın daha öncə elan etdiyinə görə, komanda qış fasiləsində cəmi bir yoxlama matçı keçirəcəkdi.
"Zirə" isə bu qış ilk yoxlama görüşündə "Araz-Naxçıvan"a qalib gəlib.