Rumıniyanın FCSB klubunun hücumçusu Andrea Kompanyo karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, italiyalı forvardın xidmətində "Neftçi" maraqlıdır. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Buxarest təmsilçisinin prezidenti Cici Bekali Kompanyo üçün 400 min avroluq təklif aldığını və futbolçunu satmağa hazır olduğunu bildirib. Yerli media təklif göndərən klubun "Neftçi" olduğunu iddia edir.
FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında "Universitatya Krayova" klubundan transfer edib. 27 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatır. "Transferkarkt" saytında Kompanyonun dəyəri 2,3 milyon avro olaraq qiymətləndirilib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.