"Qarabağ"ın mərkəz hücumçusu Redon Cica üç klubun maraq dairəsinə düşüb.
Sportliqa.az xəbər verir ki, bunlardan ikisi yerlidirsə, digəri də xarici ölkə klubudur.
Belə ki, 25 yaşlı forvardı Azərbaycandan "Zirə" və "Sabah" yaxından izləyir. Cica ilə maraqlanan üçüncü klub isə doğma ölkəsi Albaniyanı təmsil edən "Tirana" komandasıdır.
Futbolçu özü də icarəyə yollanmağa müsbət yanaşır. Çünki o, daha çox oynamaq istədiyi kluba üz tutmaq niyyətindədir. Cica həm də Albaniya millisinin AVRO-2024 üçün yekun heyətinə düşmək uğrunda savaşmaq fikrindədir.
Çox güman ki, onu mövsümün sonuna qədər fərqli klubda görəcəyik.
Bu halda "Qarabağ"ın Adama Diakabi planı da dəyişə bilər. Belə ki, fransalı vinger UEFA Avropa Liqasının "Braqa" ilə oyunları üçün sifariş edilə və mövsümün sonuna qədər Ağdam təmsilçisində qala bilər.
Pressing.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.