Aleksey İsayevi "Qarabağ"a 500 min dollar+bonuslar qarşılığında satan "Sabah" onun yerini doldurmaq üçün axtarışlara başlayıb.
Pressing.az-a verilən informasiyaya görə, Masazır təmsilçisi "Zirə"nin hücumameyilli yarımmüdafiəçisi Eldar Quliyev üçün "qartallar"ın "qapısını döyüb".
Lakin qəsəbə təmsilçisi "Sabah"dan fantastik rəqəm istəyib - 600 min dollar. Bu istəkdən təəccüblənən Masazır klubu rəqəmi aşağı salmağa çalışıb və "Zirə" tərəfi 500 min dollardan aşağı düşmək fikrində olmadığını bildirib.
"Sabah"ın Quliyev üçün israrlı olduğunu görən "qartallar" qarşı tərəfdən 3 aparıcı futbolçu və 150 min dollar tələb edincə, "Sabah" masadan qalxıb.
Qeyd edək ki, Ukrayna vətəndaşlığı olan Eldar Quliyev 2023-cü ildən "Zirə"nin uğurları üçün çalışır. 21 yaşlı futbolçunun qəsəbə təmsilçisi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var.