"Qarabağ"la "Zirə" arasında bu gün keçirilən yoxlama matçında (4:0) gərgin anlar yaşanıb.
Sportliqa.az xəbər verir ki, hadisə qarşılaşmanın ilk hissəsinin sonlarına təsadüf edib.
Belə ki, Ağdam təmsilçisinin fransalı vingeri Abdullah Zubir rəqib futbolçu ilə mübahisə edib.
İş o yerə çatıb ki, Zubir əsəblərini cilovlaya bilməyərək, qəsəbə təmsilçisinin üzvü Salifi Sumaya təpiklə zərbə endirib. Bu zaman meydançada ara qarışıb. Hətta "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov da olaya müdaxilə etməli olub. Hakimlərlə aparılan kiçik müzakirədən sonra ilk hissənin final fiti səsləndirilib və futbolçular fasiləyə yollanıblar.
Fasilədən sonra isə hadisənin mərkəzində olan Zubir əvəzlənib.
Videonu təqdim edirik:
https://www.instagram.com/reel/C2IBuLHoMhX/?igsh=dHU5ZnI5Y3NhcHRq
Elsevər Muradzadə