“Neftçi” klubunun sabiq baş məşqçisi Adrian Mutu "ağ-qaralar"dan getməsi barədə danışıb.
Sportliqa.az “digisport.ro”ya istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis “ağ-qaralar”la vidalaşdığı dönəmi xatırlayıb:
“Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb. Mübahisə etmədik və heç bir jest etmədim. Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Həmin gün dərhal getmişdim”.
Adrian Mutunun “ağ-qaralar”la müqaviləsi 2023-cü il dekabrın 24-də ləğv olunub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.