"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Sportliqa.az xəbər verir ki, Syerra Leone milli komandasının futbolçusu Alfa Konte ilə müqavilə imzalanıb. 23 yaşlı sol vinger "Neftçi"nin heyətində 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Alfa Konte son olaraq Bolqarıstanın "Lokomotiv" klubunda çıxış edib. O, cari mövsümdə Plovdiv təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.