Məlum olduğu kimi, "Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade ölkə xaricindən təklif alıb.
Sportliqa.az xəbər verir ki, 24 yaşlı kabo-verdeli futbolçu Çinin "Şanxay Şenxua" klubunun transfer hədəfindədir. Bunu ötən gün jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib.
Lakin Andrade bu qış "Qarabağ"ın sıralarını tərk etməyəcək.
Pressing.az-a daxil olan yeni informasiyaya görə, Ağdam klubu onun satışı ilə bağlı maddi məsələdə Asiya təmsilçisi ilə ortaq məxrəcə gələ bilməyib.
Çin klubu oyunçu üçün 2,5 milyon avro təklif etsə də, "köhlən atlar" buna razı düşməyib. "Qarabağ" rəhbərliyi Leandronu 3,5 milyon avrodan aşağı satmaq niyyətində deyil.
Bir məqam da var ki, "Şanxay Şenxua"nın Andrade ilə bağlı planları dəyişməsə, 2,5 milyon avro ödəməklə oyunçunu yayda sıralarına qata bilər.
Elsevər Muradzadə