"Qarabağ" klubunun yeni transferi Aleksey İsayev sabiq komandası "Sabah"la vidalaşıb.
Sportliqa.az xəbər verir ki, yarımmüdafiəçi fikirlərini sosial şəbəkə hesabındakı paylaşımında bildirib:
"İndi hiss etdiklərimi söyləmək vaxtıdır. Təəssüf ki, gec oldu. Sadəcə hər şeyi necə ifadə edəcəyimi bilmirəm. "Sabah"da olduğum müddətdə mənə kömək olanlara təşəkkür etmək istəyirəm. 4 il bir anda ötüb keçdi, həm sevincli, həm də kədərli anlar oldu. Minnətdaram ki, bu yolları birlikdə adladıq. Futbol meydanındakı hər komanda yoldaşıma təşəkkür edirəm, sizinlə oynamaq şərəf idi.
Həkimlərə təşəkkür edirəm. Çətin anlarda bizi ayağa qaldırdınız, yanımızda oldunuz. Rəhbərliyə minnətdaram, hər problemi tez zamanda həll etdiniz, kömək etdiniz. Bizi dinləyən, bizimlə görüşən rəhbərliyə çox sağ ol deyirəm. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkür edirəm. Bizə inandığınız və meydanda əsl emosiyaları hiss etməyimizə imkan verdiyiniz üçün təşəkkür edirəm. Klubun bütün əməkdaşlarına minnətdaram, hər birinizin işin yüksək qiymətləndirmiş və ədalətli olmağa çalışmışam.
Özüm üçün yalnız bir şeyi deyə bilərəm: həmişə bütün gücümlə mübarizə aparıb, dürüst olmağa çalışmışam. Və əlbəttə ki, yaxşı və pis anlarda kluba dəstək olan hər bir azarkeşə təşəkkür edirəm. Siz olmasaydınız, bunlar olmazdı".
Aleksey İsayev 2020-ci ildən "Sabah"da çıxış edirdi. O, "Qarabağ"la 3.5 illik müqavilə imzalayıb.