"Qarabağ"ın sol cinah vingeri Hamidu Keyta ölkə xaricindən təklif alıb.
Sportliqa.az xbər verir ki, fransalı futbolçu Rumıniya klublarının birinin transfer hədəfindədir. 29 yaşlı oyunçu sözügedən ölkə klubundan təklif alsa da, "Qarabağ"dan ayrılmaq istəməyib.
O, Ağdam təmsilçisi ilə bu mövsüm çempionluq yaşamadan "köhlən atlar"ın sıralarını tərk etmək istəmir.
Keyta yalnız qızıl medalı boynundan asdıqdan sonra təkliflər barədə düşünə biləcəyini söyləyib.
Qeyd edək ki, fransalı vinger 2023-cü ilin 1 iyulunda "Zirə"dən "Qarabağ"a keçib. Onun Ağdam klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var.
Pressing.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.