"Zirə" klubu iki futbolçusu ilə yollarını ayıracaq.
Sportliqa.az xəbər verir ki, həmin oyunçulardan biri Premyer Liqa təmsilçisinin mərkəz hücumçusu Vladislav Kulaçdır.
Belə ki, ukraynalı forvardı gələcək planlarında görməyən qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov ona qışda özünə yeni klub axtarmasını tapşırmışdı. Lakin yeni iş yeri tapa bilməyən 30 yaşlı oyunçu məcburiyyətdən mövsümün sonuna qədər "qartallar"da qalmalı olacaq.
"Zirə"dən ayrılacaq növbəti futbolçu isə komandanın digər mərkəz hücumçusu Felipe Paxtmandır. "Qartallar"ın sıralarına qoşulduğu ildən (oxu: 2021-ci il) bəri "zədə epidemiyasından" qurtula bilməyən braziliyalı forvard da Sadıqovun gələcək planlarında yer alımır. İlk mövsümündə 1, ötən sezon isə 11 oyuna çıxan "sambaçı"nın qəsəbə təmsilçisi ilə bu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Ümumilikdə, hər iki futbolçudan fayda ala bilməyən Rəşad Sadıqov onların yayda klubdan göndərilməsini istəyib.
Pressing.az