
"Sabah"ın və Azərbaycan millisinin üzvü Namiq Ələsgərov yenidən ölkə xaricində top qova bilər.
Sportliqa.az xəbər verir ki, 28 yaşlı sol cinah vingeri Türkiyə Birinci Liqası klublarının birindən sərfəli təklif alıb.
Lakin Masazır təmsilçisi indiki durumda onu əldən buraxmaq istəmir. Belə ki, heyətlə bağlı problemlər yaşayan "Sabah" Ələsgərovla yollarını ayırmaq niyyətində deyil.
Türkiyə klubu isə yayda yenidən və daha yaxşı təkliflə Azərbaycan klubunun "qapısını döyəcək".
Qeyd edək ki, Namiq Ələsgərov 2021/22 mövsümündə Türkiyə Birinci Liqasında mübarizə aparan "Bursaspor"da çıxış edib.
Elsevər Muradzadə, Pressing.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.