
"Qarabağ"da ayrılıq yaşanıb.
Sportliqa.az Pressing.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mərkəz müdafiəçisi Rahil Məmmədov komandanın sıralarını tərk edib.
Azərbaycan millisinin üzvü Polşanın "LKS Lods" klubuna transfer olub. Keçid yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışan Rahil Məmmədovun "köhlən atlar"la müqaviləsi 2024-cü il iyunun 30-dək idi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.