AFFA “Qəbələ” klubunun futbolçusu Samuel Tettehin cəzalandırılması ilə bağlı klubun şikayətini təmin etməyib.
Sportliqa.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.
Tetteh Azərbaycan Premyer Liqasının 17-ci turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə almışdı. Klub 27 yaşlı forvard üçün apellyasiya şikayəti versə də, bu, təmin edilməyib.
"Qəbələ"nin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.