"Təəssüratlarım çox yaxşıdır. Düşünürəm ki, mənim üçün çox yaxşı təcrübə olacaq. Burada yaxşı atmosfer var".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun yeni transferi Alfa Konte "ağ-qaralar"ın telekanalına açıqlamasında deyib.
"İlk dəfədir bu şəhərdə oluram. Amma səmimi deyim ki, gözəl şəhərdir. "Neftçi" yaxşı klubdur. Sadəcə, düşüncələrim mənə dedi ki, get. Fikirləşdim ki, mənim üçün ən yaxşısı budur. Yəni düşüncələrimin arxasınca getdim. İnandım ki, bu, mənim üçün yaxşı təklifdir və bunu qəbul etməliyəm" - deyə o bildirib.
Syerra leoneli vinger daha sonra vurğulayıb: "Bəli, Julius Vobayla telefon vasitəsilə əlaqə saxlamışam. O, mənə komanda haqda çoxlu xoş sözlər deyib. Fikirləşirəm ki, onun sözləri buraya gəlmək və bu möhtəşəm kkubla tarix yazmaq üçün məni daha da həvəsləndirdi. Burada əsas məqsədim "Neftçi" ilə tarix yazmaq, azarkeşləri sevindirmək, komanda ilə birlikdə daha böyük uğurlara imza atmaqdır. "Neftçi"nin son 5, 6, 7 ili ilə bağlı məlumatım var. Klub haqda eşitmişəm. Bu komanda ilə tarix yazmaq niyyətindəyəm. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm ki, komanda layiq olduğu səviyyəyə çatsın və azarkeşlərin sevindirsin".
Konte sonda azarkeşlərə səslənib: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır. Mən bura tarix yazmağa gəlmişəm. İnanıram ki, biz birlikdə çox sevinəcəyik. Sadəcə, gözləyin".