"Neftçi" klubu ilə futbolçuları arasında ciddi skandal yaşanıb.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar"ın iki futbolçusu - İsmayıl Zülfüqarlı və Fərid Yusifli Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışından Bakıya qayıtdıqdan sonra klub tərəfindən onlara sayğısızlıq edilib.
Pressing.az-a daxil olan məlumata görə, sözügedən oyunçular yanvarın 14-də Antalyadan Bakıya döndükdən sonra klubdan onlara bildirilib ki, hər ikisi "Turan Tovuz"a icarəyə verilir.
Məlum olduğu kimi, Tovuz təmsilçisi də həmin ərəfədə Antalya bölgəsində təlim-məşq toplanışında idi. O cümlədən bir gün sonra bölgə klubu yoxlama oyunu da keçirəcəkdi.
Bundan məyus olan Zülfüqarlı ilə Yusifli "Neftçi"nin bu addımına etiraz ediblər. "Ağ-qaralar"ın futbolçularını Türkiyədən çaparaq qaytarması, birdən-birə "Turan Tovuz"a icarəyə göndəriləcəkləri ilə bağlı məlumat verməsi və oyunçuların saatlarla bazada gözlədilmələri onları olduqca məyus edib.
Futbolçuları qəzəbləndirən əsas məqamlardan biri də Türkiyədən dönüş biletlərini şəxsi vəsaitləri hesabına almaları olub.
Elsevər Muradzadə