
“Səbail” klubunun yarımmüdafiəçisi Pedro Nuno mövsümün ikinci yarısını səbirsizliklə gözləyir.
Sportliqa.az xəbər verir ki, portuqaliyalı futbolçu bunu İnstaqram hesabındakı paylaşımında yazıb:
"Antalyadakı təlim-məşq toplanışı başa çatdı. Tam güclə Premyer Liqa matçlarını səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, "Səbail" mövsümün ikinci yarısında ilk oyununu yanvarın 22-də“Zirə”yə qarşı keçirəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.