
“Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb.
Sportliqa.az xəbər verir ki, Bayıl təmsilçisi son olaraq, Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Quetanı heyətinə qatıb.
“Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.