Azərbaycan 1-ci Liqasında mübarizə aparan “Şamaxı” heyətinə yeni oyunçu qatıb.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırovu icarəyə götürüb. O, cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.
Xatırladaq ki, "Şamaxı" daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.