"Neftçi" klubu Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə qarşılaşacağı "Sabah"la oyuna üç itki ilə hazırlaşır.
Sportliqa.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, matçdan əvvəl keçirilən məşq prosesində Qara Qarayev, Reziuan Mirzov və Emil Balayevdən başqa bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması sabah saat 16:00-da "Bank Respublika Arena"da oynanılacaq.