“Qarabağ” klubu müdafiəçisi Rahil Məmmədovla yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Polşanın LKS klubunda davam etdirəcək.
Ağdam klubunun mətbuat xidməti bu barədə açıqlama yayıb. Klub Məmmədova “Qarabağ” formasında keçirdiyi oyunlara görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Qarabağ” müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib. Rahil bu gün LKS-lə 1,5 illik müqaviləyə imza atıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.