"Qarabağ" klubu ciddi itki ilə üzləşib.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisinin mərkəz yarımmüdafiəçisi Marko Yankoviç ağır xəsarət alıb.
Belə ki, 28 yaşlı futbolçunun qolu sınıb.
Monteneqrolu oyunçu fiziki travmanı məşq zamanı alıb.
Onun "köhlən atlar"ın UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya "Braqa"sı ilə oyuna qədər hazır olub-olmayacağı məlum deyil.
Xatırladaq ki, "Qarabağ"ın Portuqaliya təmsilçisi ilk matçı fevralın 16-da səfərdə keçiriləcək. Komandalar 1 həftə sonra Bakıda üz-üzə gələcəklər.
Elsevər Muradzadə