"Beşiktaş"dan "Sivasspor"a
21 Yanvar 2024 11:10
“Beşiktaş” klubu futbolçusu Kerem Atakan Kesgini icarəyə verib.
Sportliqa.az xəbər verir ki, o, bu mövsümün sonuna kimi icarə əsasında “Sivasspor”da oynayacaq.
Qeyd edək ki, Kesgin 2022-ci ildən “Beşiktaş”da oynayır. O, bu mövsümün ilk dövrəsini “Fatih Karagümrük”də icarədə keçirib.