Cari mövsümün sonunda "Neftçi" klubunda daha bir ayrılıq yaşanacaq.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar"ın akademiyasının direktoru Cemal Bülbül klubun sıralarını tərk edəcək.
Belə ki, paytaxt təmsilçisinin yeni idman direktoru Yens Anderson türkiyəli mütəxəssisin "Neftçi"dən ayrılmasını istəyir.
Anderson Bülbülün əvəzinə öz kadrını akademiyanın başına gətirmək niyyətindədir.
Beləliklə, onunla yayda yollar ayrılacaq.
Bildirək ki, Cemal Bülbül 2022-ci ildən "Neftçi"nin akademiyasında direktor vəzifəsini yerinə yetirir.
Elsevər Muradzadə