Qərb Regional Futbol Federasiyası (QRFF) İctimai Birliyininin 6-cı Hesabat-Seçki konfransı baş tutub.
Sportliqa.az xəbər verir ki, Regional Futbol Federasiyaları İctimai birliyinin baş mütəxəssisi Fizuli Nəcəfovun rəhbərliyi ilə baş tutan konfransda ötən dövr üçün Qərb Regional Futbol Federasiyası İctimai Birliyinin hesabatı dinlənilib.
Sonra səsvermə mərhələsinə keçid edilib. İştirakçılar yekdilliklə Nadir Nəbiyevə səs veriblər.
Qərb Regional Futbol Federasiyası İctimai Birliyininin prezidenti seçilən Nəbiyev iştirakçılara göstərdikləri etimada görə təşəkkür edib.
Xatırladaq ki, veteran futbolçu həm də "Turan Tovuz" PFK-nın icraçı direktorudur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.