"İlk növbədə Azərbaycan xalqına 34 ildən əvvəl baş verən hadisələrə görə bağlı başsağlığı verirəm. Oyuna gəlincə, məncə, biz pis oynamadıq. Oyuna yaxşı başladıq, ilk yarıda qol vurmaq üçün imkanlarımız var idi. “Sabah”da da qol epizodları yara bilmişdi. İkinci yarı da dinamik və maraqlı keçdi. Hər iki komandanın qol imkanı var idi. Məncə, bərabərlik ən ədalətli nəticə oldu".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Miodraq Bojoviç deyib. O, Azərbaycan Premyer Liqasının 19-cu turunun "Sabah"la(0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib. Monteneqrolu mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Əlinizdəki material hədəfə çatmaq üçün yetərlidir?
- Biz iki yeni oyunçu ilə müqavilə imzalamışıq. Onlar bizimlədir. Heyətdə 2 zədəlimiz var. İndiki heyətdə olan oyunçular yetərli olacaq.
- Deyirdiz ki, fiziki hazırlıq sarıdan problemlər var. Bu problemi aradan qaldıra bildiz?
- Bu, elə də asan həll olunan məsələ deyil. Daha çox vaxt lazım olacaq. Amma komanda ən azından mübariz şəkildə irəliləsə, əvvəlkindən daha yaxşı olacaq. Bu gün meydanda biganə qalan hansısa oyunçunu görmədim. Nəticə onlar üçün önəmli idi.
- Hücumda bitiriciliyi olan forvard hələ də çatışmır. Yeni transferiniz Brayan Moreno da bir müddətdir zədəlidi. Yeni hücumçu gələcək?
- Moreno sağ-salamatdır. Ümid edirik ki, tez bir zamanda oynamağa başlayacaq.
- Murad Musayevlə Rusiyada bir neçə dəfə fərqli komandaların baş məşqçisi kimi qarşılaşmısız və heç birində qalib gələ bilməmisiz. Bu gün də qələbə qazanmaq mümkün olmadı...
- Muradın Rusiyada çalışdırdığı komanda ən yaxşılardan biri idi. Burada elə deyil. Əlbəttə ki, zarafat edirəm. Murad Musayevə hörmətim var, çox gözəl məşqçidir.
- Matçdan sonra Ayaz Quliyevlə nə haqda danışdınız?
- "Arsenal"da bir il mənimlə çalışıb. Onunla yaxşı münasibətimiz yaxşıdır. Salamlaşdıq, bir-birimizi təbrik etdik.