“Səbail” klubu qış transfer dönəmində növbəti futbolçunun keçidini həyata keçirib.
Sportliqa.az xəbər verir ki, sözügedən klub Madi Ketanın ardından keniyalı futbolçu Ayub Masika ilə mövsümün sonuna qədər müqavilə imzlayıb.
Son olaraq, Çinin 2-ci liqa klubu “Nanjinq Siti”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Genk”, “Lierse”, “Beinjing Renhe”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted” klublarının şərəfini qoruyub.
Keniya millisinin üzvü olan Masika 28 qarşılaşmada 4 qola imza atıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.