Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçirilib. Əvvəlcə "Səbail" "Zirə"ni qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 30-a çatdıran "Zir"ə "Neftçi"ni qabaqlayaraq yenidən 2-ci pilləyə yüksəlib.
Bu gün həmçinin Qərb derbisi də oynanılıb. "Turan Tovuz" "Kəpəz"in qonağı olub. Qarşılaşma Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.