“Kəpəz” klubunun mətbuat xidməti komandanın kapitanlarından olan Yeqor Xvalkodan müsahibə götürüb.
Sportliqa.az xəbər verir ki, belaruslu futbolçu komandanın mövsümün qalan hissəsinə hazırlığı və hədəfləri barədə danışıb:
“Prinsipcə, hər şey plan üzrə gedib. Yalnız hava şəraiti ilə bağlı ikinci yoxlama oyununu keçirə bilmədik. Yaxşı məşqlər etdik, gündə iki dəfə hazırlaşdıq. Düşünürəm ki, nəzərdə tutulan proqramı yerinə yetirdik.
Məncə, bu mövsüm çempionatda rəqabət daha böyükdür. Ötən mövsüm aşağı yerlərdə sıxlıq çox idi. Eyni səviyyəli komandalar bir-biri ilə mübarizə aparırdılar. Bu il isə daha çətindir. "Qəbələ" ilə birgə aşağıda yer almışıq. Bir neçə xal qazansaq, yuxarıdakılara çata bilərik.
Bu, mövsümöncəsi bir nömrəli tapşırıq idi: biz Premyer Liqada qalmağı bacarmalıyıq. Vəzifəni yerinə yetirmək üçün çalışacağıq.
Yox, mən bunu etməyəcəm. Qoy məşqçimiz mənim oyunumu dəyərləndirsin. Azərbaycanda ikinci mövsümümdür. Fikrimcə, artıq burada oynamağa alışmışam. Bir çoxlarını tanıyıram. Onlara qarşı necə oynayacağımı bildiyimdən mənim üçün indi asandır. Oyunumu qiymətləndirməyim yaxşı çıxmaz. Məşqçi danışsın.
Azarkeşlərimiz barədə həmişə yaxşı düşünmüşəm. Onlar daim bizi dəstəkləyirlər. Bizim arxamızca hər yerə gedirlər. Stadiona görə ev oyunlarımız da səfərlərdə keçir. Zəhmət çəkib gəlirlər, sağolsunlar".