
Macarıstanın "Ferentsvaroş" klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kvabena Ovusu komandasını dəyişməyə hazırlaşır.
Sportliqa.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Super Liqa təmsilçisi “Sivasspor” qanalı oyunçunu heyətinə qatmağa hazırlaşır. Hazırda klublar arasında danışıq gedir.
Bu səbəbdən “Ferensvaroş” Ovusunu İspaniyadakı qış təlim-məşq toplanışına aparmayıb.
Ovusu 2023-cü ilin yanvarında "Qarabağ"dan "Ferentsvaroş"a 500 min avro qarşılığında transfer olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması