Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” klubu da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Alanyaspor”la qarşılaşıb. Oyun heç-heçə yekunlaşıb – 1:1.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, 79-cu dəqiqəqə əvəzlənib. Bundan 10 dəqiqə öncə o, sarı vərəqə də alıb.
“Hatayspor” 22 turdan sonra 22 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.