Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Beşiktaş"la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Start heyətdə meydana çıxan Şahruddin sona qədər oynayıb. Şahruddin bu görüşdə ümumilikdə 6 seyv etməklə matçın ən yaxşı oyunçusu olub. O, "Sofascore"da 8,1 bala layiq görülüb.
Bu nəticədən sonra "Adana Demirspor" 31 xalla 6-cı, "Beşiktaş" 36 xalla 4-cü pillədə qərarlaşıb.