“Araz-Naxçıvan” klubunun zədəli futbolçularının son durumu açıqlanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqində İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyev, eləcə də “Qarabağ”la XIX turun matçında sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev yer almayıblar.
Zədəlilərdən Azzauinin növbəti turda “Sumqayıt”la görüşü buraxacaq. Əliyev və Ribeyro həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Onların qarşıdakı görüşdə iştirakları sual altındadır.
Qeyd edək ki, yanvarın 28-də “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu saat 15:00-da başlayacaq.