Bu gün “Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün klubun danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxsi Xəyal Qarayev tərəfindən “Danışılmış oyunlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.
Sportliq.az xəbər verir ki, seminarda futbolun adını ləkəyən danışılmış oyunlar haqda maarifləndirici söhbətlər aparılıb, hesabat xarakterli təqdimatlar edilib, xüsusi videoçarxlar nümayiş olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.