"Qarabağ klubunda yeni təyinat reallaşıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Vüqar Əsgərli klubun futbol akademiyasında çalışacaq.
O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib. Əsgərlinin son klubu 2022-23-cü illərdə çalışdırdığı “Şamaxı” olub.
Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.