"Neftçi TV"nin lisenziyası ləğv edilə bilər.
Sportliqa.az-ın məlumatına görə, Azərbaycan Respublikası Audiovizual Şurası yaxın günlərdə bu məsələ ilə bağlı "Neftçi" rəhbərliyi ilə görüşəcək.
Xatırlayırsınızsa, qurum ötən ilin iyun ayında "Neftçi TV"yə peykdən yayımlanması üçün platforma lisenziyası vermişdi. Lakin paytaxt təmsilçisinin rəhbərliyi qarşıya qoyulan öhdəlikləri yerinə yetirməyib.
Üzərindən 6 ay müddət keçib və "Neftçi" tərəfi bu məsələ ilə bağlı zəruri addım atmayıb. Belə ki, "ağ-qaralar"ın baş icraçı direktoru Fərrux Mahmudov bu layihəyə isti yanaşmır.
Bu səbəbdən də üzərindən təyin olunan müddət keçdiyindən, Azərbaycan Respublikası Audiovizual Şurası klub televiziyasının lisenziyasını ləğv edilib-edilməməsi ilə bağlı "Neftçi" tərəfi ilə ortaq məxrəcə gəlməyə çalışır. Bir sözlə, qurum Premyer Liqa klubunun son qərarını gözləyir.
Elsevər Muradzadə