
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Bayern"ə uduzan "Mançester Yunayted"in qapıçısı Andre Onana açıqlama verib.
Sportliqa.az xəbər verir ki, kamerunluq qapıçı onun səhvləri ücbatından komandanın məğlub olduğunu deyib:
"Qarşılaşmaya yaxşı başladıq, amma mənim səhvimdən sonra qol buraxdıq, oyuna nəzarəti itirdik. Bu, mənim və komanda üçün çətin vəziyyətdir. Bu səhvdən dərs çıxarmalı və daha güclü olmalıyam. Sübut etməli çox şey var. "Mançester Yunayted"də başlanğıcım yaxşı deyil. Bu, mənim ən pis oyunlarımdan biri idi. Səhvlərdən dərs çıxarmalı, birlikdə olmalı və geri dönməliyik".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması