“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”lə matçı (2:1) 10 futbolçu ilə başa vurub.
Sportliqa.az xəbər verir ki, matçın 84-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Yasin Benzia zədələnərək meydanı tərk edib. O, rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb. "Qarabağ" 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün matçı 10 nəfərlə başa vurmağa məcbur olub.
Benzia 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana daxil olmuşdu.
Qeyd edək ki, "Qarabağ"ın digər futbolçusu Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.