Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, sonuncu oyun günündə 2 görüş keçirilib. 6-cı yerdəki "Araz-Naxçıvan" 3-cü pillədəki "Sumqayıt"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Digər oyunda 4-cü yerdəki "Neftçi" evdə autsayder "Qəbələ" ilə qarşılaşıb. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbə ilə xallarını 32-ə çatdıran "ağ-qaralar" 2-ci pilləyə yüksəlib.
28 yanvar (bazar)
15:00. “Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Qollar: İsa Suliman, 45 (0:1), Vanderson Melo, 59 (1:1) Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev “Dalğa Arena”