UEFA "Qarabağ" klubunun futbolçusu Marko Veşoviçi cəzalandırıb.
Sportliqa.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Hakken"lə Bakıdakı son qrup oyununda birbaşa qırmızı vərəqə alan 32 yaşlı müdafiəçi bir oyunluq diskvalifikasiya edilib.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev QOL.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Cəza səbəbdinən Veşoviç Avropa Lİqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçiriləcək ilk oyunu buraxacaq. Bakıdakı təkrar matçda isə o, meydan çıxa biləcək. “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də Portuqaliyada, cavab matçı isə fevralın 22-də Bakıda keçirəcək.
Qeyd edək ki, Veşoviçin cəzası haqda ilk xəbəri "Report" agentliyi yayıb.