Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 20-ci turundakı və Azərbayca kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
Misli Premyer Liqasının 20-ci turunun “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə təmsilçisi 700 manat cərimə edilib.
“Zirə” – “Sabah” oyununun 44-cü dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub isə 500 manat cərimə edilib.
“Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə bölgə təmsilçisi 700 manat cərimə edilib.
Həmin oyunun 59-cu dəqiqəsində “Qəbələ”nin 3 nömrəli futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” klubu 800 manat cərimə edilib.
Sözügedən görüş bitdikdən sonra “Qəbələ”nn 9 nömrəli futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qəbələ” 3000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Azərbaycan Kubokunda isə “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib
“Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “Qəbələ”nin 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klub 1500 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt” – “Neftçi” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” 700 manat cərimə edilib.