Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə 5-ci pillədəki "Səbail" evdə son çempion, hazırda turnir cədvəlinə liderlik edən "Qarabağ"la qarşılaşacaq. Oyun saat 15:00-da start götürəcək.
Günün digər görüşündə 7-ci yerdəki "Sabah" 8-ci pillədəki "Turan Tovuz"u qəbul edəcək. Bu matç isə saat 17:30-da başlayacaq.
Turun digər oyunları 4 və 5 fevral tarixlərində keçiriləcək.