"Neftçi"nin futbolçusu Azər Salahlı cəzalı duruma düşüb.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı müdafiəçinin Misli Premyer Liqasının 20-ci turunda "Sabah"la görüşdə sarı vərəqə ilə cəzalandırılmasıdır. O, 21-ci turda "Sumqayıt"la görüşü buraxacaq.
Qolkiper İvan Brkiç, hücumçu Kilian Lebon və yarımmüdafiəçi Ataa Caaberin isə "Sumqayıt"la matçda iştirak etməyəcəyi bəlli idi. Zədəli olan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədədən əziyyət çəkən Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır.
Asiya kobokunda Fələstin milli komandası ilə çıxışını başa vuran Ataa Caber müalicə olunur.
Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.