Bu gün Azrbaycan Premyer Liqasında 21-ci turun daha iki oyunu keçiriləcək.
Sportliqa.az xəbər verir ki, əvvəlcə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Oyun saat 15:00-da başlayacaq. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyun olacaq.
Günün digər matçında isə "Zirə" "Qəbələ"nin qonağı olacaq. Görüşün start fiti saat 17:00-da veriləcək.
4 fevral (bazar)
15:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu