Azərbaycan Premyer Liqasında 21-ci tur davam edir.
Sportliqa.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. "Sumqayıt" "Neftçi"ni qəbul edib. Oyunda "Sumqayıt" 2:1 hesablı qələbə qazanıb. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyun olub.
Bu qələbə sayəsində "Sumqayıt" xallarının sayını 34-ə çatdırıb və "Neftçi"ni geridə qoyaraq 2-ci pilləyə yüksəlib.
Günün digər matçında isə "Zirə" "Qəbələ"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
4 fevral (bazar)
17:30. “Qəbələ” – “Zirə” - 1:1
Qollar: Ülvi İsgəndərov, 14 (1:0), İlkin Muradov, 19 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
15:00. “Sumqayıt” – “Neftçi” - 2:1
Qollar: Kasimir Ninqa, 8, (1:0), 37 (2:0), Filip Ozobiç, 90+7-pen (2:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu