Fevralın 5-də Premyer Liqanın 21-ci turunun son matçında “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bu gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında yekunlaşdırıb.
Sportliqa.az xəbər verir ki, təxminən 1 saat davam edən çalışmada Abdulla Rzayev və İqor Ribeyro iştirak etməyib.
Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir və onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.
“Kəpəz” – “Araz-Naxçıvan” oyunu bu gün saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.