Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib.
9-cu yerdəki "Kəpəz" Qəbələ şəhər stadionunda 6-cı pillədəki "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:1.
5 fevral (bazar ertəsi)
15:00. “Kəpəz”– “Araz-Naxçıvan” - 3:1
Qol: Ehtiram Şahverdiyev, 19 (1:0), Orxan Əliyev, 28 (1:1), Ehtiram Şahverdiyev, 34 (2:1), Amil Yunanov, 69 (3:1)
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev
Qəbələ şəhər stadionu